Yenilik.Az
www.Aydinliq.Az » Rəsmi » Sumqayıt Şəhər İcra Hakimiyyəti bayraq qalmaqalına aydınlıq gətirdi

Sumqayıt Şəhər İcra Hakimiyyəti bayraq qalmaqalına aydınlıq gətirdi

Sumqayıt Şəhər İcra Hakimiyyəti bayraq qalmaqalına aydınlıq gətirdi
2020-09-07 , 15:54

Sumqayıt şəhərində şəhid guşəsində Azərbaycan və Türkiyə bayraqlarının Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən endirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.


Newscenter.az xəbər verir ki, bu fikirləri Şəhər icra hakimiyyətinin rəsmisi Eyvaz Qocayev səsləndirib. O, iddia edib ki, Şəhər İcra Hakimiyyəti tərəfindən belə bir tapşırıq verilməyib:

"Videoda əks olunan görüntünün araşdırılması zamanı məlum olub ki, ərazidə yaşayan vətəndaş tərəfindən bayrağın səliqəyə salınması istəyini başqa bir vətəndaş yanlış anlayıb və buna etirazını bildirib. Bu gün də həmin guşə və bayraqlar yerindədir. Azərbaycan bayrağı hər birimizin qürur, fəxarət mənbəyidir, o cümlədən qardaş Türkiyə bayrağı hər bir azərbaycanlı üçün eyni dəyəri ifadə edir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.