Yenilik.Az
www.Aydinliq.Az » Rəsmi » Qafqaz Universiteti rəsmən LƏĞV OLUNUR

Qafqaz Universiteti rəsmən LƏĞV OLUNUR

Qafqaz Universiteti rəsmən LƏĞV OLUNUR
2020-08-18 , 15:33

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ötən gün verdiyi qərara əsasən, Qafqaz Universiteti ləğv olunur.

Bu barədə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Xırdalan şəhəri, Abşeron rayonu, Həsən Əliyev küçəsi, ev 120 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Qafqaz Univesiteti 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Havar Əmir oğlu Məmmədovdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.