Yenilik.Az
ww.Aydinliq.Az » Rəsmi » DTX: Sosial şəbəkədə yayılan məlumatların Prezidentin kiçik qızına heç bir aidiyyəti yoxdur

DTX: Sosial şəbəkədə yayılan məlumatların Prezidentin kiçik qızına heç bir aidiyyəti yoxdur

DTX: Sosial şəbəkədə yayılan məlumatların Prezidentin kiçik qızına heç bir aidiyyəti yoxdur
2020-07-27 , 18:34

Bəzi internet resurslarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə, guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer almışdır.

 
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatından bildirilib ki, aparılmış ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə ictimai rəyi çaşdırmaq və sensasiya naminə yayımlandığı və belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyətinin olmadığı müəyyən edilmişdir.
 
Bildiririk ki, hazırda sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün fəaliyyət davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.