Yenilik.Az
ww.Aydinliq.Az » Rəsmi » Mehriban Əliyeva daha bir həkimlə bağlı tapşırıq verdi

Mehriban Əliyeva daha bir həkimlə bağlı tapşırıq verdi

Mehriban Əliyeva daha bir həkimlə bağlı tapşırıq verdi
2020-07-10 , 16:04

COVID-19 infeksiyasına yoluxan həkim reanimatoloq Elnur Abdullanın müalicəsi dövlətin nəzarətindədir.

Bunu Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirib.

Onun sözlərinə görə, xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhhəti Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən daim diqqət mərkəzində saxlanılır, eləcə də virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlı lazımi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, COVID-19 infeksiyası ilə mübarizə aparan Mərkəzi Neftçilər Xəstəxanasının reanimatoloqu Elnur Abdulla virusa yoluxduğundan bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.