Yenilik.Az
www.Aydinliq.Az » Rəsmi » Kimlərə işsiz statusu verilmir?

Kimlərə işsiz statusu verilmir?

Kimlərə işsiz statusu verilmir?
2020-07-05 , 13:16

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara işsiz statusunun verilmədiyi halları açıqlayıb.


Aydinliq.az-ın məlumatına görə, məşğul şəxslərə aid edilənlər və 15 yaşına çatmayan şəxslər işsiz kimi qeydiyyata alınmır. Bundan başqa, ali və orta ixtisas təhsil müəssisəsində əyani təhsil alanlar, yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslərə də bu status verilmir.

Göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər isə 6 ay müddətinə işsiz kimi qeydiyyata alınmırlar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.