Yenilik.Az
ww.Aydinliq.Az » Rəsmi » İLK DƏFƏ VƏKİL QURUMLARININ İŞTİRAKI İLƏ ONLAYN VİDEOMÜŞAVİRƏ KEÇİRİLDİ

İLK DƏFƏ VƏKİL QURUMLARININ İŞTİRAKI İLƏ ONLAYN VİDEOMÜŞAVİRƏ KEÇİRİLDİ

İLK DƏFƏ VƏKİL QURUMLARININ İŞTİRAKI İLƏ ONLAYN VİDEOMÜŞAVİRƏ KEÇİRİLDİ
2020-05-20 , 14:10

Bu gün Vəkillər Kollegiyasının sədri Anar Bağırovun sədrliyi və ölkəmizdə fəaliyyət göstərən 70 vəkil qurumunun rəhbərlərinin iştirakı ilə videomüşavirə keçirilmişdir.


Respublikamızda COVID-19 virusunun yayılması ilə bağlı tətbiq edilən karantin rejiminin yumşaldılması şəraitində vəkillik fəaliyyətinin spesifik xüsusiyyətləri barədə fikirlərini bölüşən Vəkillər Kollegiyasının sədri Anar Bağırov iclasda vəkil qurumlarında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara riayət olunması vəziyyəti və vəkillərə təyin olunmuş güzəştlər, dövlət hesabına göstərilən hüquqi yardıma görə Hüquqi Yardım və Tədris Mərkəzinə göndərilən hesabatların tərtibində qarşılaşılan problemlər, növbətçilik siyahılarının vaxtında tərtib olunub Kollegiyaya təqdim edilməsi, hüquqi yardıma görə nağdsız ödənişlərin həyata keçirilməsi işinin təşkili vəziyyəti barədə məsələlərə toxunmuşdur.

Sonra son iki ildə vəkillərin sayının iki dəfəyədək artmasına baxmayaraq bəzi büroların sahəsinin, lazımi inventarların və texniki vasitələrin zəif olması, vəkillərdən alınan büronun saxlama xərclərinin həcmi, Kollegiyasının internet saytında olan elektron vəkil kabinetindən vəkillərin istifadə səviyyəsi, bürolar tərəfindən vətəndaşların müraciətlərinə baxılması, mövcud şikayətlərin yerində həll olunması məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Daha sonra Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov Mərkəzin cari fəaliyyəti və görülmüş işlər barədə məruzə ilə çıxış etmiş, verilən sualları cavablandırmışdır.

İcas öz işini qurumların fəaliyyətində qarşılaşılan problemlər və onların həlli istiqamətində görüləcək tədbirlərin müzakirəsi ilə davam etdirmişdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.