Yenilik.Az
www.AYDINLIQ.az » Rəsmi » VƏKİLLƏR KOLLEGİYASI VƏTƏNDAŞLARA PULSUZ ONLAYN HÜQUQİ YARDIM TƏŞKİL ETDİ

VƏKİLLƏR KOLLEGİYASI VƏTƏNDAŞLARA PULSUZ ONLAYN HÜQUQİ YARDIM TƏŞKİL ETDİ

VƏKİLLƏR KOLLEGİYASI VƏTƏNDAŞLARA PULSUZ ONLAYN HÜQUQİ YARDIM TƏŞKİL ETDİ
2020-04-06 , 13:43

Vəkillər Kollegiyası növbəti yeniliyə imza atıb. Belə ki, artıq vətəndaşlara onlayn və pulsuz hüquqi yardım göstəriləcək. Bu barədə Yenilik.Az-a Kollegiyadan daxil olan məlumatda bildirilir ki, "Ölkəmizdə koronavirus infeksiyası ilə bağlı vəziyyət və bu infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 23.03.2020-ci il tarixli qərarını nəzərə alaraq Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi vətəndaşlar üçün ödənişsiz onlayn hüquqi yardım xidmətləri göstərməkdədir.

Hüquqi yardıma ehtiyacı olan şəxslər müraciətlərinin əsası, problemlərinin ümumi təsviri və əlaqə nömrələrini göstərməklə Hüquqi Yardım və Tədris Mərkəzinin [email protected] e-mail ünvanına müraciət edə bilərlər."

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.