Yenilik.Az
www.AYDINLIQ.az » Rəsmi » Skamyalara oturmaq qadağan edildi - RƏSMİ

Skamyalara oturmaq qadağan edildi - RƏSMİ

Skamyalara oturmaq qadağan edildi - RƏSMİ
2020-03-29 , 15:39

Xüsusi karantin rejimində insanların sıx toplaşmasının qarşısını almaq məqsədilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar skamyalar və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyulub.


Bakı Nəqliyyat Agentliyindən BakuPost.az-a daxil olan məlumata görə, buna səbəb hələ də bəzi vətəndaşların özünütəcrid tədbirlərinə adekvat davranmamasıdır: “Belə ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar ərazidə insanlar müəyyən qrup halında toplaşır ki, bu da mövcud epidemik vəziyyətdə yoluxma riskini artırır.

Vətəndaşlarımızdan xahiş edirik ki, xüsusi karantin rejimi davam etdiyi müddətdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yalnız müntəzəm marşrut xətləri üzrə avtobusların xidmətlərindən istifadə etsinlər. Həmçinin, tövsiyə edirik ki, özünütəcrid tədbirlərinə uyğun davransınlar, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməkdən çəkinsinlər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.