Azərbaycanda bütün təhsil müəssisələri fəaliyyətini dayandırdı

Azərbaycanda bütün təhsil müəssisələri fəaliyyətini dayandırdı Ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.
 
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
 
Qərara əsasən, 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan edilib.
 
Qərar məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinə də şamil olunur.
 
Qeyd edək ki, son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunması səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, bu gündən ölkədə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Geri qayıt