Yenilik.Az
www.AYDINLIQ.az » Ölkə » Bakıda bu məhsulların qiyməti qalxdı

Bakıda bu məhsulların qiyməti qalxdı

Bakıda bu məhsulların qiyməti qalxdı
2020-02-08 , 17:23

2019-cu ilin dekabrında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri noyabr ayına nisbətən 0,4 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,8 faiz bahalaşıb.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, dekabrda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri noyabr ayına nisbətən 0,7 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 3 faiz bahalaşıb.

Dekabrda qeyri-ərzaq məhsullarının qiymətlərində noyabr ayına nisbətən 0,2 faiz, 2019-cu ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 1,6 faiz bahalaşma qeydə alınıb. Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində noyabr ayına nisbətən 0,1 faiz, 2019-cu ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 3,4 faiz bahalaşma olub. /Redaktor.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.