Yenilik.Az
www.Aydinliq.Az » Ölkə » MEDİA-nın "siyahı" üzrə yeni təlimləri başlayıb

MEDİA-nın "siyahı" üzrə yeni təlimləri başlayıb

MEDİA-nın "siyahı" üzrə yeni təlimləri başlayıb
2021-08-01 , 14:01

Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə “Əl-Cəzirə” Media Şəbəkəsinin Azərbaycan Media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlim Proqramı başlayıb.


Seminar silsiləsinin açılış mərasimində BAMF-ın prezidenti Umud Mirzəyev, Mətbuat Şurasının Sədri Əflatun Amaşov, Medianın İnkişafı Agentliyinin Media subyektləri və Jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, “Əl-Cəzirə” Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan haqları mərkəzinin direktoru, nümayəndə heyətinin rəhbəri Sami Əl Hacc və beynəlxalq təlimçi Bevan David Ris çıxış edərək, təlim proqramının iştirakçılarını mövzu ətrafında təqdim ediləcək mühazirələrə diqqətlə yanaşmağı tövsiyə edib, eyni zamanda, onları müzakirələrdə fəal olmağa çağırıb.

Qeyd edək ki, 1-5 avqust 2021-ci il tarixlərini əhatə edəcək təlim proqramında müxtəlif media subyektlərindən 25 nümayəndə iştirak edəcək.

Yenilik.az olaraq təəssüf edirik ki, yenə də ayrı-seçkilik özünü göstərir və Əli Həsənovun,Vüqar Səfərlinin zamanında olduğu kimi bu cür tədbirlər ancaq bir qrup media təmsilçisini əhatə etməklə yenə də bizdən yan keçir. Qoy olsun. Yəqin ki, bir gün bu ayrı-seçkiliyin də sonu çatar. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.