Yenilik.Az
www.Aydinliq.Az » Ölkə » Şəhid Fariz Həsənovun ailəsilə son anları-VİDEO

Şəhid Fariz Həsənovun ailəsilə son anları-VİDEO

Şəhid Fariz Həsənovun ailəsilə son anları-VİDEO
2021-07-19 , 18:42

Şəhid Fariz Həsənovun xanımı Əzizə Həsənova sosial şəbəkədə şəhidin ailəsilə keçirdiyi son anların, son görüşün xatirələrini bölüşüb. Onun qeydləri o qədər kədərli olub ki, oxuyan hər kəs sarsıldığını və üzüldüyünü ifadə edib, şəhidimizə Allahdan rəhmət diləyiblər. Lakin təəssüf ki, bu gün cəmiyyətimizdə elə adamlar var ki, şəhidlərlə özünü reklam edib əslində isə eyş-işrətdə, təmtəraqlı məclislərdə, bahalı məkjanlarda istirahətdədirlər, şəhid qanı ilə suvarılan bu torpaqlarda rahat gəzdiyimizə görə şəhidlərə və onların övladlarına nə qədər borclu olduqlarını unudurlar. Ona görə də Şəhid fariz Həsənovun xanımı Əzizə Həsənovanın insanı sarsıdan o möhtəşəm qeydlərini olduğu kimi təqdim edirik ki, bəlkə yatmış vicdanlar oyana...


Şəhidin xanımı Əzizə Həsənova yazır:
Oktyabrın 10-da son dəfə 1 saatlıq evə buraxmişdilar ki, gedin ailənizlə sağollaşin, lazımi əşyaları götürün tez qayıdın...məndə yolda qonşularla söhbət edirdim...birdə gördüm qaça-qaça gəlir...heç vaxt evə gələndə belə halda gəlməzdi...rahat şəkildə zəng edərdi ki, nə bişirmisən gəlirəm...və evə nə lazımdı gələndə alim..heçnə lazım deyil özün gel deyirdim...ona baxmayaraq hər dəfə gələndə isti çörək gətirirdi birdə uşağlara cöplü sok..yolda gözləyirdik uşağlarla...batinka səsləri gələn kimi qaçırdıq qucağına...qollarını açırdı, dayanırdı dizi üstə durub bizi gözləyirdi, üçümüzü də birdən qucaqliyirdi...sarmaş dolaş gəlirdik evə...isti çörəyin iyisi burnumuza gəlirdi, uşağlar ele yoldaca qoparirdilar isti çörəkdən yeyə yeyə evə gəlirdik...

Bu dəfə gəlişi tamam fərqli idi...tərin suyun içində idi..-"Nolub, Ömrüm?" deyə soruşanda "tezol 1 saatlıq buraxıblar eve yuyunub gedecem, birde mene əlavə paltar, forma, birde isti adyal qoyarsan üşüyürəm yerdə yatanda"-dedi...yuyundu, sonra gəldi evə...yemək bisirmisdim, dedim gəl yemək ye..yox dedi, mənim qardaşlarım orda acdılar, mənim boğazımdan yemək keçməz dedi...qənqabindan 4ədəd şokolad götürdü dedi orda uşaqlara verərəm çay içərlər...sonra əynini geyindi, gördü ağlıyıram, dedi ağlama...məni diri diri ağlama...hələ ağlamağa çox vaxtın olacaq...sən Farizin yoldaşısan, uşaqlardan mugayat ol, onlar sənə əmanətdi...bizim istiqamət bilindi, ya Fizuli, yada Murovdağdi dedi...hiss etmişdim donmeyeceyini...sonra şəkil çəkdirdi mənimlə uşaqlarla...ürəyim sancdı...son şəkil olacağını bilirdim...çünki şəkil çəkdirməyi heç sevməzdi, həmişə mən məcbur edərdim ki, gəl şəkil çəkdirək..amma bu dəfə özü israr elədi...Sonra formasını geyindi, dedi bizim şəkillərdən bir ikisini ver aparacam, niyəsini soruşanda neynirsen dedi...sonra keçdi usaglarin yanına...hərəsinin ayağından bir corabıni çıxardi, cibinə qoydu...elə bildi görmədim..amma kor olmuş mən gördüm...dedim niyə çıxardın uşağların corabıni, dedi gotururəm, orda balalarim üçün darıxanda iyləyəcəm, onları yadıma salacam...hiçqiriqlara qərq oldum...getdi Sevinci öpdü bağrına basdı, sonra Ruslanı qucaqladı...öpdü...  həmişə deyirdi" kişi tez böyü ataya kömək ol", bu dəfə isə " tez böyü anaya kömək ol" dedi və o son sözü oldu...Sanki Allah mənə hiss etdirdi ki, bu sənin FARİZİNÍN son gedisidir, bütün anlarını cək...vaxt gələcək çox baxacaqsan...budur məndə çəkdim ağlayaraq, göz yaşlarına.bogularaq...əlim quruyardi çekmezdim kaş...son sözü isə bu oldu ki, Əzizə mənə xırda 4 manat ver taksiyə verəcəm...məndə 5 manat verdim...1 manatı qaytardı, dedim saxla nə mahiyyəti varki 1 manatın...dedi yox, götür bunu da balalarima hərəsinə bir dənə çöplü sok alarsan...buda Atasının son aldığı sok oldu balalarına...


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.