Yenilik.Az
www.Aydinliq.Az » Ölkə » ISO 9001, 14001, 45001 nədir? – Vüsal Mahmudovun təqdimatında

ISO 9001, 14001, 45001 nədir? – Vüsal Mahmudovun təqdimatında

ISO 9001, 14001, 45001 nədir? – Vüsal Mahmudovun təqdimatında
2021-04-30 , 11:00

“Azərbaycanda keyfiyyətin ölçülməsi və qiymətləndirilməsi sistemlərinə maraq yüksəkdir. Çünki bu beynəlxalq standartları tətbiq etmədən sistemli yanaşma, risk əsaslı düşünmə, proseslərin daim izlənməsi, ölçülməsi biznes proseslərinin düzgün idarə olunması baxımından ciddi nəticələr əldə etmək mümkün deyil”.

Bu sözləri Yenilik.az-a açıqlamasında ISO 9001, 14001, 45001 idaretmə sistemləri üzrə mütəxəssis Vüsal Mahmudov söyləyib.
Onun sözlərinə görə, bu sahədə əsas problem peşəkarlıqla bağlıdır:
“Düzdür, əvvəlki illərlə müqayisədə bu sahəyə maraq artıb. Lakin dünyanın dəyişən tələbləri fonunda bu yetərli sayıla bilməz. Bit mütəxəssis olaraq indiyə qədər ISO 9001 standartı üzrə ümumilikdə 3600-dən artıq gəncə praktik ödənişsiz təlimlər keçmişəm. Təlimin iştirakçıları arasında bu gün bu sahədə uğur qazanan, aparıcı şirkətlərin idarəetmə sistemlərini yönəldən çoxlu sayda gənclərimiz var. Şəxsən özüm isə plastik qapı-pəncərə, boya, sabun, plastik və dəmir qab, polimer, alkid, keramika və PVA yapışdırıcıları, elektronika istehsalı, tədris və loqistika xidməti və s. sahələrdə ISO 9001,14001,45001 standartlarının uğrulu tətbiqini həyata keçirmişəm. Hesab edirəm ki, yaxın gələcəkdə bu sahəyə maraq xüsusilə artacaq və bütün şirkətlər bu idarəetmə sistemlərinin tətbiqində maraqlı olacaqlar”.
V.Mahmudov qeyd edir ki, ISO 9001 standartı birbaşa məhsulun keyfiyyətinin göstəricisi yox,  idarəetmə mexanizminin sistemli və intizamlı olmasını şərtləndirir.
Sistemli idarəetmə sonda müştəri tələblərinə, qanunvericiliyə uyğun keyfiyyətli məhsul və xidmətin təqdim olunmasına zəmin yaradır:
“ISO 9001-i tətbiq edən şirkətlər daha düzgün idarəetmə sisteminə sahib olur, onlar təsirli və uzun müddət qalıcı təsirə malik idarəetmə mexanizmi yarada bilirlər. Müştərilərin istək və tələblərini ön planda tutaraq daha yaxşı xidmət və məhsul təqdim edə bilirlər. Layihələndirmə proseslərində daha yaxşı riskləri qiymətləndirir və düzgün koordinasiya sistemini  qura bilirlər. Mütəmadi olaraq fəaliyyəti nəzrətdə saxlayıb, şirkət daxilində davamlı yaxşılaşmanı təmin edə bilirlər. Daxili koordinasiyanın düzgün qurulmasında , performans dəyərləndirilməsində daha ədalətli yanaşmaya, sistemli və proses yanaşmaya,  risklərin düzgün qiymətləndirilməsində və idarə edilməsində üstünlük əldə etmiş olurlar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.