Yenilik.Az
www.Aydinliq.Az » Ölkə » "Bugünkü yoluxma rəqəmləri reallığı əks etdirmir" - VİDEO

"Bugünkü yoluxma rəqəmləri reallığı əks etdirmir" - VİDEO

"Bugünkü yoluxma rəqəmləri reallığı əks etdirmir" - VİDEO
2021-04-02 , 18:59

"Bayram günlərində ictimai nəqliyyat işləmədiyi üçün bu gün deyə bilərik ki, koronaya yoluxma sayının artmasının ən çox baş verdiyi məkanlar kafe-restoranlardır".


Sfera.az xəbər verir ki, bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, sözügedən məkanlarda karantin davranış qaydalarına riayət olunmur və müştəri sayı sahənin tutumuna uyğun deyil: 
"Bayram günlərində ictimai nəqliyyat işləsəydi, yoluxma sayı daha çox olacaqdı. Müşahidələrimə əsasən deyə bilərəm ki, son günlər ambulator şəraitdə müalicə etdiyim insanların əksəriyyəti bayram günlərində təşkil edilən məclislərdə yoluxub. Bu yoluxmalar isə daha çox ailədaxili yoluxmalar olub".

V. Cavadzadə bildirib ki, yoluxma sayında artım bu cür davam edərsə, karantin sərtləşdirilə bilər:
"Epidemik alovlaşmanın qarşısı alınmasa, yoluxma sayı daha da artacaq. Bu halda isə təbii ki, sərt karantin tədbirlərinin tətbiq olunması gözlənilən olar. 

Onu da qeyd edim ki, bayram günlərində vətəndaşların testlərlə bağlı müraciəti azaldığı üçün hazırda gündəlik açıqlanan rəqəmlər realığı əks etdirmir". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.