Yenilik.Az
www.Aydinliq.Az » Ölkə » Bu kommunal xidmət də bahalaşacaq - Açıqlama + VİDEO

Bu kommunal xidmət də bahalaşacaq - Açıqlama + VİDEO

Bu kommunal xidmət də bahalaşacaq - Açıqlama + VİDEO
2021-02-01 , 15:28

Tarif Şurasının içməli suyun qiymətinin ikiqat qaldırılması barədə qərarını ekspert Natiq Cəfərli şərh edib. Sfera.az xəbər verir ki, N.Cəfərli hər şeydən öncə Azərsu ASC-nin rentabelli işləməməsinin səbəbinin axtarılmalı olduğunu bildirib. Onun sözlərinə görə, aidiyyəti məmurların qiymət şişirtməsi və yeyinti ilə vurduğu ziyanların üzə çıxarılmalı, aydınlaşma aparılmalı, sonra qərar verilməli idi. İndiki halda isə məmurların bu yeyintisi əhalinin hesabına kompensasiya edildi. O, həmçinin vurğulayıb ki, bu, Azərsu ASC-nin xarici şirkətlərə satılması ehtimalını da artırır. Mümkündür ki, dövlət xarici sərmayələri cəlb etmək üçün su satışını xarici ölkə şirkətinə satsın. Buna əsaslanaraq, N.Cəfərli elektrik enerjisi və təbii qazın da qiymətinin artırılacağını proqnozlaşdırıb. Daha ətraflı videoda: (qaynarinfo)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.