Yenilik.Az
www.Aydinliq.Az » Ölkə » Azərbaycanlı hərbçi "Muxa" və DŞK ilə erməniləri təkbaşına məhv edib, səngərə girdi

Azərbaycanlı hərbçi "Muxa" və DŞK ilə erməniləri təkbaşına məhv edib, səngərə girdi

Azərbaycanlı hərbçi "Muxa" və DŞK ilə erməniləri təkbaşına məhv edib, səngərə girdi
2020-10-05 , 13:39

Atası I Qarabağ müharibəsi qazisi olan hərbçi erməniləri təkbaşına məhv etdi.

Bu barədə hərbi jurnalist Rəşad Süleymanov yazıb.
"Hər əsgərimiz bir qəhrəmandır. Amma bir igid əsgərimizin qəhrəmanlığından yazacam. Məlum səbəbdən adını yazmıram. Deyir, bir az sağalıb özümə gəlim, yenidən cəbhəyə dönüb, qalanlarının da anasını ağlar qoyacağam. Füzulidəndir. Qardaşı atəşkəs dövrünün şəhididir. Döyüşə könüllü gəlib.
Ötən gün gedən döyüşdə düşmənin səngərini "Muxa" ilə vurub. Sonra təkbaşına girib səngərə. Başlayıb "təmizləməyə". 10-dan çox düşmən əsgərini məhv edib. Düşmənin DŞK pulemyotunu ələ keçirib, onun özünə qarşı istifadə edərək döyüşə davam edib. Yanına düşən mərmidən yaralanmasına və kontuziya almasına baxmayaraq, tutduğu mövqeni qoruyub saxlaya bilib. Belə oğullarımızla qürur duyuruq".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.