Yenilik.Az
www.Aydinliq.Az » Ölkə » Azərbaycan Ordusu ermənilərdən daha 5 hərbi texnika ələ keçirdi - FOTO,VİDEO

Azərbaycan Ordusu ermənilərdən daha 5 hərbi texnika ələ keçirdi - FOTO,VİDEO

Azərbaycan Ordusu ermənilərdən daha 5 hərbi texnika ələ keçirdi - FOTO,VİDEO
2020-10-04 , 08:44

Cəbhədə gərgin döyüşlər davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşmən yenə də geri çəkilib və hərbi texnikalarını ataraq qaçıb.
Hərbçilərimiz ermənilərin daha bir neçə hərbi texnikasını - 4 "KamAZ" və 1 "QAZ-54" markalı avtomobil hərbi qənimət kimi ələ keçirib.

Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus geyimlər, ləvazımatlar, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib.
Hərbi texnikaların hamısı işlək vəziyyətdədir.
Qeyd edək ki, daha əvvəl düşmənin bir neçə hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi.







Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.