Yenilik.Az
www.Aydinliq.Az » Ölkə » Azərbaycan Həkəri körpüsünü LORA raketi ilə vurub - VİDEO

Azərbaycan Həkəri körpüsünü LORA raketi ilə vurub - VİDEO

Azərbaycan Həkəri körpüsünü LORA raketi ilə vurub - VİDEO
2020-10-03 , 16:53

Azərbaycan sərt yanacaqla çalışan “Long-Range Artillery Missile” (qısa adı – LORA) raketini həqiqi döyüşdə stifadə edən ilk ölkə olub.

Xarici agentliklərə istinadən xəbər veririk ki, bu barədə “The Drive” saytı yazıb.
Qeyd edək ki, bu operativ-taktiki raket kompleksi İsrailin “Israel Aircraft Industries” (IAI) şirkətinin istehsalıdır.
Saytın xəbərinə görə, Azərbaycan Həkəri çayında Ermənistanı Laçınla birləşdirən körpünü məhz bu raketlə vurub dağıdıb.
The Drive bunu həmin körpünün dağıldılması videosuna əsasən müəyyənləşdirdiyini iddia edib.
Belə çıxır ki, dünyada LORA raketini həqiqi döyüşdə tətbiq edən ilk ölkə məhz Azərbaycan olub.
Sülh problemlərinin araşdırılması üzrə beynəlxlaq Stokholm institunun (SİRPİ) bildirdiyinə əsasən Azərbaycan 2017-2018-c illərdə İsraildən 50 belə raket alıb.
Xarici mətbuatın bu məsələ ətrafında hay-küy salması əbəsdir, əsas odur ki, Azərbaycan bu raketi sırf hərbi təyinatlı obyektin vurulması üçün istifadə edib.Musavat.com

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.