Yenilik.Az
www.Aydinliq.Az » Ölkə » Sabah qar yağacaq - hava soyuyur

Sabah qar yağacaq - hava soyuyur

Sabah qar yağacaq - hava soyuyur
2020-10-03 , 16:34

Azərbayca​​​​nda oktyabrın 4-nə gözl​​​​ənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, gecəyə doğru isə yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18°, gündüz 22-25° isti, Bakıda gecə 15-17°, gündüz 22-24° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 766 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.
Oktyabrın 4-də Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 20-25° isti, dağlarda gecə 3-8°, gündüz 9-13° isti olacağı ehtimal edilir.
Sinoptiklərin xəbərdarlığına görə, oktyabrın 4-ü gündüz şimal və qərb rayonlarından başlayaraq oktyabrın 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.