Yenilik.Az
www.Aydinliq.Az » Ölkə » Ağdam istiqamətindən SON MƏLUMAT – “Yolumuz Xankəndinədir...”

Ağdam istiqamətindən SON MƏLUMAT – “Yolumuz Xankəndinədir...”

Ağdam istiqamətindən SON MƏLUMAT – “Yolumuz Xankəndinədir...”
2020-09-27 , 13:43

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
“Yeni Sabah” xəbər verir ki, düşmən səhər saatlarında cəbhənin digər istiqamətlərində olduğu kimi, Bərdə-Ağdam istiqamətində də təxribatlar törədib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində, sakinlərin evləri dağılıb, yaralılar var. Buna baxmayaraq, əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Yerli sakinlərlə söhbət zamanı bildiriblər ki, onlar Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin qələbəsinə inanırlar. “Biz doğma torpaqlarımız uğrunda döyüşə hər an hazırıq. Qoy düşmən bunu bilsin və görsün ki, öz yurdumuzdan bir qarış da geri çəkilməyəcəyik. Tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq”, - deyə Ağdam rayon sakinləri bildiriblər.
Qeyd edək ki, düşmənin atəşə tutduğu yaşayış məntəqələrimizdən biri də Ağdamın Qaradağlı kəndidir. Təxribat nəticəsində kənd sakini 59 yaşlı Bəykişi Zeynalov başından qəlpə yarası alıb. Yaralı dinc sakin Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır. /AzərTac

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.