Yenilik.Az
ww.Aydinliq.Az » Ölkə » Deputatlara maaşdan əlavə ildə 4 dəfə 549 manat verilir

Deputatlara maaşdan əlavə ildə 4 dəfə 549 manat verilir

Deputatlara maaşdan əlavə ildə 4 dəfə 549 manat verilir
2020-08-01 , 09:45

“Bu, köhnə qaydadır, illərdir tətbiq olunur. Hər dəfə də bununla bağlı yanlış təqdimatlar olur. Deputatlara ildə 4 dəfə maaşdan əlavə pul köçürürlər (beş yüz nə qədərsə)”.

 
Bunu deputat Erkin Qədrili deputatlara Qurban bayramı ilə əlaqədar aylıq maaşdan əlavə 549 manat verilməsi barədə xəbərlərə münasibət bildirəkən deyib.
 
Deputatın sözlərinə görə, bu vəsait təkcə Qurban bayramında deyil, digər bayramlarda da ödənilir. Ümumilikdə ildə 4 dəfə deputatlar maaşdan əlavə 549 manat alırlar.
 
Bura Novruz, Ramazan, Qurban bayramı və dünya Azərbaycanlılarının Həmrəylik Günü daxildir: “Mən bu qayda ilə razı deyiləm, amma bu qayda mənim deputat olmadığım illərdə qəbul olunub. Ayrıca, mən maaşımdan xeyriyyə işləri üçün pul ayırıram. Bunu reklam etmirəm, çünki: 1) etik saymıram; 2) reklamdan xoşum gəlmir; 3) hamıya yardım etmək imkanım yoxdur”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.