Yenilik.Az
ww.Aydinliq.Az » Ölkə » Abşeron – Qobustan deputatını tanımır: Şahin Seyidzadə kimdir? – İddialar

Abşeron – Qobustan deputatını tanımır: Şahin Seyidzadə kimdir? – İddialar

Abşeron – Qobustan deputatını tanımır: Şahin Seyidzadə kimdir? – İddialar
2020-07-27 , 18:56

Millət vəkili Şahin Seyidzadə…Hə, tanıdınızmı? Yəqin ki, yox, elə biz də. Demə, 50 saylı Abşeron – Qobustan seçki dairəsi üzrə deputat seçilib.

Parlamentdə debüt edənlərdəndir. İndiyə qədər nə Abşeron – Qobustan seçicisi, nə ictimaiyyət Ş.Seyidzadə haqda məlumatlı olub.
Ona görə Reportyor.info-nun “Ən yeni deputatlar” rubrikasının bu dəfəki qonağı deputat Ş.Seyidzadədir. Onu gəlin birlikdə tanıyaq:
Millət vəkilinin bioqrafiyasına nəzər yetirəndə məlum olur ki, müxtəlif sosial layihələrdə iştirak edib, ayrı-ayrı dövrlərdə ictimai birliklər yaradıb.
Onun parlament fəaliyyətindən qabaq sonuncu iş yeri “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sosial layihələr” müsabiqəsinin rəhbəri vəzifəsi olub.
9 fevralda keçirilən növbədənkənar parlament seçkilərindən sonra mandat sahibi olan Ş.Seyidzadənin nə səsini eşidən olub, nə çıxışlarını oxuyan – görən…
Halbuki, seçicinin tanımadığı belə gənclərə dövlətin etimad göstərməsi, Milli Məclisin prezidentin apardığı islahatlara uyğun formalaşdırılması nəticəsində Seyidzadəyə mandat verilməsi onun üçün fürsət olmalıdır.
Bununla aktiv fəaliyyət göstərib həm ictimaiyyətə özünü təqdim etmək, siyasətdə təsdiqləmək imkanı qazanır, həm hakimiyyətin qarşısında etimadını artırır, növbəti seçkiyə şans əldə edir.
Amma belə çıxır ki, Ş.Seyidzadəni sadalanan nüansların heç biri maraqlandırmır. Onun Abşeron-Qobustan üzrə seçicilərinə ilə görüşünə, müraciətlərinə, problemlərinin həllinə köməklik göstərməsinə rast gəlməmişik.
Hərçənd, prezident yeni parlamentdən xalqla işləməyi gözləyirdi. Üstəgəl, kifayət qədər qaynar qazana çevrilən bir il yaşamışıq: koronavirus pandemiyası, Tovuzda döyüşlər, xaricdə erməni təxribatları və s.
Yəni, gündəm fevraldan bu yana hadisələrlə doludur. Amma deputat Ş.Seyidzadənin ölkəmizlə bağlı baş verənlərə dair açıqlamaları, parlamentdə çıxışları gözə dəymir.
Axı bu gənclərə etimadın səbəbi məhz Hadı Rəcəbli kimi sayıqlayan, cəmiyyəti qıcıqlandıran deputatlardan xilas olmaq idi.
Onlar isə nə seçici ilə işləyir, nə MM-də çıxış edir, nə təşəbbüskarlıq var, nə də siyasi rəhbərliyin onları müşahidə etməsini nəzərə alır. Ş.Seyidzadədə bu arxayınlığın səbəbi nə?!
Qeyd edək ki, hökumətyönlü axar.az saytında dərc olunan “FETÖ-nün Azərbaycandakı məmur “nüfuz agentləri”, Azərbaycandakı məmur agentləri – Sensasion adlar” adlı məqalədə Şahin Seyidzadə FETÖ-nün təhsil sahəsindəki əsas simalarından biri kimi təqdim olunmuşdu.
Onun Elnur Aslanov və Elşad İsgəndərovla əlaqələrindən mediada söz açılıb, vaxtilə bir şəbəkədə olduqları iddia edilib. Deputatın adı “İstək” liseyi ilə bağlı qalmaqalda da hallanıb.
REPORTYOR.info http://reportyor.info/abseron-qobustan-deputatini-tanimir-sahin-seyidzad%c9%99-kimdir-iddialar/ 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.