Yenilik.Az
ww.Aydinliq.Az » Ölkə » “Prezident İlham Əliyev tərəfindən irəli sürülən növbəti çağırışın bəşəriyyətə mühüm töhfələr verəcəyini əminliklə söyləyə bilərik” Bəhruz Quliyev

“Prezident İlham Əliyev tərəfindən irəli sürülən növbəti çağırışın bəşəriyyətə mühüm töhfələr verəcəyini əminliklə söyləyə bilərik” Bəhruz Quliyev

“Prezident İlham Əliyev tərəfindən irəli sürülən növbəti çağırışın bəşəriyyətə mühüm töhfələr verəcəyini əminliklə söyləyə bilərik” Bəhruz Quliyev
2020-06-29 , 01:43

“Prezident İlham Əliyevin beynəlxalq miqyasdakı liderlik mövqeyi bir daha sübut edir ki, Azərbaycan dövləti dünyanı narahat edən bir sıra qlobal məsələlərdə mühüm ideyalarla çıxış etməklə yanaşı, həm də mərkəz rolunu oynamaqdadır”. Bu fikirləri Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının Sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir. Belə ki, hazırkı dövrə qədər də bu cür əhəmiyyətli təşəbbüslərlə çıxışlar edən, dəstəklər alan Prezident İlham Əliyev artıq dünya ölkələrinin, o cümlədən nüfuzlu təşkilatların diqqətini irəli sürdüyü ideyalarına cəlb edir: “Xüsusilə, beynəlxalq ictimaiyyəti koronavirus pandemiyasına qarşı birgə mübarizə aparmağa, həmrəy olmağa dəvət edən dövlətimizin başçımızın çağırışları cavabsız qalmır, dəstək görür. Çünki bu çağırışlar bütövlükdə bəşəriyyətin mövcud təhlükədən tez bir zamanda qurtulmasına, dünya düzəninin əvvəlki mövqeyinə qaytarılmasına hesablanmış addımlardır. Onu da nəzərə alarsaq ki, pandemiya hələ yeni-yeni dünyanı öz ağuşuna almağa başlayarkən, Azərbaycan dövlətinin və Prezidentinin atdığı təxirəsalınmaz addımları, preventiv qərarları, eyni zamanda dünya ölkələrinə göstərdiyi humanitar yardımları ölkəmizin gücə və yüksək nüfuza malik olması reallığını sübuta yetirdi. Artıq Azərbaycan dövləti 30-dan çox ölkəyə humanitar yardımlar göstərib və göstərilməyə davam edir, Bu və bu kimi digər əhəmiyyət kəsb edən amillər baxımından, Prezident İlham Əliyevin çağırışlarına dərhal reaksiyalar verildi, bu gün də biz həmin dəstəyi görməkdəyik”.
“Onu da unutmamalıyıq ki, məhz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşünün baş tutması, həmçinin ilk beynəlxalq təşkilat olaraq COVID-19-a qarşı mübarizəyə başlaması bütün dünyada rəğbətlə qarşılandı”, deyə xatırladan siyasi ekspert qeyd edib ki, bu Zirvə görüşü sonradan digər bənzər təşkilatların da eyni addım atmalarına səbəb oldu: “Yəni Prezident İlham Əliyevin təşəbbüsü sonradan örnək olaraq tətbiq edildi və müsbət nəticələrini göstərdi. O cümlədən, Qoşulmama Hərəkatının da Sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş və 120 dövlətin qatıldığı onlayn Zirvə görüşünü də bu uğurların sırasına aid etmək olar”.
“SƏS” qəzetinin baş redaktoru sonda bildirib ki, dövlətimizin başçısının təşəbbüsü ilə baş tutacaq növbəti xüsusi sessiya da pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaratmaqla yanaşı, bəşər övladının bu təhlükədən tez bir zamanda qurtulmasına da böyük töhfələrini bəxş edəcək: “İnanırıq ki, beynəlxalq həmrəylik, dəstək addımları dünya ölkələrinin koronavirusa qarşı effektiv mübarizəsini sürətləndirəcək, dinamik hala gətirəcək. Prezident İlham Əliyev tərəfindən irəli sürülən növbəti belə bir çağırışın, əldə edilən dəstəyin insanlığa, bəşəriyyətə mühüm yararlar, töhfələr verəcəyini əminliklə söyləyə bilərik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.