Yenilik.Az
ww.Aydinliq.Az » Ölkə » Virusa yoluxan şəxslərin yerləşdiriləcəyi xəstəxananın kanalizasiyası Kür çayına axıdılır? - ŞOK

Virusa yoluxan şəxslərin yerləşdiriləcəyi xəstəxananın kanalizasiyası Kür çayına axıdılır? - ŞOK

Virusa yoluxan şəxslərin yerləşdiriləcəyi xəstəxananın kanalizasiyası Kür çayına axıdılır? - ŞOK
2020-06-28 , 10:34

“Ölkə üzrə iyirmi üç müxtəlif tutumlu xəstəxana COVİD-19 virusuna yoluxmuş xəstələrin müalicəsi üçün bağlanıb. Bu sırada Zərdab şəhər xəstəxanasının adı ən son çəkilənlərdəndir. Bildiyim qədəri ilə xəstəxana xəstə qəbuluna hazır vəziyyətdə saxlanılıb. Cənablar, bu işin yetkililəri, bilin və agah olun Zərdabın kanalizasiya sistemi yoxdur”.

 
Bunu jurnalist Jalə Mütəllimova deyib.
 
J.Mütəllimova bildirib ki, yoluxmuş xəstələrin köçürülməsini nəzərdə tutulan Zərdab şəhər xəstəxanasının kanalizasiyası, Zərdabı Gəlmə kəndindən ayıran Qarasu çayına tökülür: “Bu çay “Kür”ün xırda qoludur. Və elə Zərdabda “Kür”ə birləşir. Yəni xəstəxanada müalicə olunacaq xəsətələrin kanalizasiyası “Kür”ə axıdılacaq. Etməyin, a kişi, yazıqdır bu millət. İnfeksion xəstələrin müalicəsi ilə məşğul olacaq xəstəxananın kanalizasiyasının axacaq o sudan milyonlarla adam içməli su kimi istifadə eləyir axı...”
 
Məsələyə rəsmi qurumlar münasibət bildirməyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.