Yenilik.Az
ww.Aydinliq.Az » Ölkə » ZƏNCƏFİLİN NİYƏ BAHALAŞDIĞI MƏLUM OLDU... - İdxalçı şirkət qiyməti təxminən 4 dəfə artırıb!

ZƏNCƏFİLİN NİYƏ BAHALAŞDIĞI MƏLUM OLDU... - İdxalçı şirkət qiyməti təxminən 4 dəfə artırıb!

ZƏNCƏFİLİN NİYƏ BAHALAŞDIĞI MƏLUM OLDU... - İdxalçı şirkət qiyməti təxminən 4 dəfə artırıb!
2020-03-29 , 18:50

Dünyada və Azərbaycanda koronavirusun (COVID -19) yayılmasından sonra bu pandemiyadan qorunmaq üçün Azərbaycanda sarımsaqdan sonra zəncəfilə kəskin tələbat artıb. Hazırda ölkədə zəncəfilin 1 kq-nın satış qiyməti 20-50 manat civarında dəyişir. “Report” bir sıra mağazalarda araşdırma aparıb və məlum olub ki, hazırda “Araz”, "Bazarstore", “Al Market” və “Oba” supermarket şəbəkələrində zəncəfil satılmır.

Şəhərin bir sıra kiçik ərzaq mağazalarında isə deyilir ki, dünən zəncəfilin 1 kq satış qiyməti 15 manata olub və bu gün qiyməti arta bilər. Çünki hazırda ölkədə zəncəfilin pərakəndə satış qiymətinin artdığı vurğulanır.

Qeyd edək ki, ötən həftə ölkənin bir sıra mağazalarında 1 kq zəncəfilin satış qiyməti 9-11 manat arası dəyişirdi.

"AzPolitika.info"nun məlumatına görə, zəncəfilin qiymətinin belə kəskin artmasının səbəbi bu məhsulu Azərbaycana idxal edən şirkət(lər)in fürsətçiliyi və acgözlüyü ilə bağlıdır. Belə ki, idxalçı şirkət(lər) zəncəfilin topdansatış qiymətini birdə-birə təxminən 4 dəfə artırıb.

Məlumata görə, bir TIR - təxminən 23 ton zəncəfilin bütün gömrük prosedurlarından sonra Azərbaycan bazarına daxil olması 80 min manata başa gəlir. Ancaq dünən idxalçı şirkət(lər) "Meyvəli" bazarında topdansatışla məşğul olanlara bir TIR zəncəfili 280 min manata satıb. Buna görə də topdansatışla məşğul olanlar da qiyməti qaldırmaq məcburiyyətində qalıb. Nəticədə, zəncəfilin pərakəndə satış qiymətləri də xeyli artıb.

Qeyd edək ki, koronavirus (COVID -19) pandemiyasının yayılması ilə bağlı ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşdığı, əhalinin böyük hissəsinin gəlirlərini itirdiyi bir dövrdə idxalla məşğul olan şirkətlərin bu cür fürsətçillik etməsi cinayət olmaqla yanaşı, millətə və dövlətə xəyanətdir.

Ümid edirik ki, aidiyyatı dövlət orqanlar bu şirkətləri və onların sahiblərini müəyyənləşdirib, həm adlarını ictimaiyyətə açıqlayacaq, həm də müvafiq qanuni tədbirlər görəcək!

Xatırladaq ki, zəncəfil uzun illərdir soyuqdəymə və qripə qarşı təbii müalicə üsulu olaraq istifadə edilir. Belə ki, koronavirus pandemiyasının yayılmasında bir sıra həkimlər immuniteti gücləndirməyi tövsiyə edirlər. Zəncəfilin isə immun sistemini qorumağa kömək edən əsas vasitələrdən biri olduğu bildirilir.

Bununla yanaşı, zəncəfil normal qan dövranını qoruyur. Daşıdığı xrom, sink və maqnezium qan axınını sürətləndirdiyi kimi, həddən artıq tərləmə və titrəmənin qarşısını alır. Həmçinin bədənin temperaturunu nizamlayır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.