Yenilik.Az
ww.Aydinliq.Az » Ölkə » “Koronavirus azərbaycanlıları qorxutmur, çünki…” – Xarici nəşrdən ŞOK İDDİA

“Koronavirus azərbaycanlıları qorxutmur, çünki…” – Xarici nəşrdən ŞOK İDDİA

“Koronavirus azərbaycanlıları qorxutmur, çünki…” – Xarici nəşrdən ŞOK İDDİA
2020-03-23 , 14:22

Ukraynanın nv.ua saytı Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı görülən tədbirlər barədə məqalə dərc edib.

"Koronavirusla mübarizə. Azərbaycanda bu, necə aparılır?” adlı məqalənin müəllifi ukraynalı yazar Borislav Berezadır.
Müəllif məqaləsində Azərbaycanın koronovirusla mübarizəsini Ukrayna üçün nümunə göstərir və yazır:
"Hər gün bir ölkə rəhbərliyinin koronavirus epidemiyasına necə reaksiya verdiyinə dair misallar verirəm. Bu gün isə Azərbaycanda görülən işlərdən danışacağam. Bu, Ukraynada da həyata keçirilə bilər və bunu etmək mümkündür. Mən ümumiyyətlə Azərbaycan rəhbərliyini ideallaşdırmıram, amma işlərində bir strategiya və sistem görürəm.
Azərbaycan xüsusi bir fond yaradıb və koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün vəsaitlərinin formalaşması və istifadəsi qaydasını təsdiqləyib. Vəsaitin hara xərcləndiyi də açıqlanır.
Prezident İlham Əliyev "Kovid-19”-a nəzarət tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqda sərəncam imzalayıb. Dövlət tibb müəssisələrinin işçiləri koronavirus infeksiyası ilə əlaqəli şəraitdə işlədiyinə görə maaşları 5 dəfə artırılıb.
Bundan əlavə, İlham Əliyev koronavirusun fəsadları ilə mübarizə üçün 1 milyard manatın ayrılması barədə sərəncam imzalayıb. Pandemiyanın təsir etdiyi iddia edilən sənaye və müəssisələrə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə də pul ayrılıb.
Azərbaycanda hazırda restoran, kafe və barların fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub. Evlərdə koronavirus üçün pulsuz testlərin də həyata keçirilməyə başlanılıb.
Koronavirusun dünyada sürətlə yayılması və qonşu ölkələrdə görünməsi ilə əlaqədar olaraq Azərbaycanda "Kovid-19”-la mübarizə aparan xüsusi laboratoriyalar yerləşdirilib. Bundan əlavə, virusa şübhə yarandığı təqdirdə, Azərbaycanın istənilən bölgəsinə tez bir zamanda gedib təcili müayinə keçirə bilən səyyar laboratoriyalar yerləşdirilib.
Bundan əlavə, biznesin yenidən yönləndirilməsi çərçivəsində Azərbaycanda tibbi maskalar istehsal edən müəssisələr açılır. Bu, dövlətin dəstəyi ilə edilir.
Bir gün əvvəl isə Azərbaycan öz mövqeyini 16 bal artıraraq, ABŞ-ın "İrs” Fondunun İqtisadi Azadlıq İndeksi reytinqində 44-cü yeri tutdu. Ukrayna 147-ci yerdədir. Qambiya, Argentina və Mikroneziya arasında qərar tutur. Bu, həm də dövlət siyasətinin bir hissəsidir.
Önümüzdəki günlərdə təsdiqlənəcək və tətbiq olunmağa başlayacaq bir sıra tədbirlər var. Vergi güzəştlərindən tutmuş koronavirus epidemiyası zamanı müəllimlərə xüsusi qayğıya qədər. Bütün bunlar problemin həllinə sistemli bir yanaşmanın olduğunu göstərir. Düzdür, müəyyən çatışmazlıqlar ola bilər, amma azərbaycanlılar az narahatdırlar. Sadəcə yaşamağa hazırlaşırlar və dövlət bunu təmin etməyə hazırdır. Hökumətimiz bunu öyrənməlidir”. (teleqraf)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.