Yenilik.Az
www.AYDINLIQ.az » Ölkə » SON DƏQİQƏ! Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlandı

SON DƏQİQƏ! Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlandı

SON DƏQİQƏ! Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlandı
2020-03-15 , 17:41

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılmaqda davam edir. Hazırda bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmayıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahından verilən son məlumata görə, Azərbaycan Respublikasında 4 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin səhhəti ciddi nəzarət altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyə çağırırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.