Yenilik.Az
www.AYDINLIQ.az » Ölkə » "Zara" da mağazalarını bağladı

"Zara" da mağazalarını bağladı

"Zara" da mağazalarını bağladı
2020-03-15 , 14:02

Azərbaycanda da fəaliyyət göstərən "Zara" geyim mağazası İtaliyadan sonra İspaniyada da bütün mağazalarını bağlayıb.


Bu barədə "Reuters" şirkət rəsmilərindən birinə istinadən xəbər yayıb.
Mağazaların müvəqqəti bağlanılması ötən gündən başlayıb.

Qeyd edək ki, "Zara"nın ən çox mağazası məhz İspaniyadadır. İspaniya İtaliyadan sonra Avropada koronavirusun ən geniş yayıldığı ikinci ölkədir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.