Yenilik.Az
www.AYDINLIQ.az » Ölkə » Bakıda ilk qadağa gecəsi - Şəhər bomboşdur - VİDEO

Bakıda ilk qadağa gecəsi - Şəhər bomboşdur - VİDEO

Bakıda ilk qadağa gecəsi - Şəhər bomboşdur - VİDEO
2020-03-15 , 13:58

Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə tədbirlər davam etdirilir.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunan bəzi sosial izolyasiya tədbirləri çərçivəsində restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilib. Bununla əlaqədar olaraq, ərazi üzrə polis əməkdaşları paytaxtın mərkəzi küçələrində, xüsusən, insanların daha çox müraciət etdiyi iaşə obyektlərində yoxlamalar aparıb. Saat 21:00-dan sonra fəaliyyətini davam etdirən sahibkarlara qaydalara ciddi riayət olunması barədə xəbərdarlıq edilib.

Axşam saatlarında Baku TV-nin əməkdaşları da insanların gün boyu axın etdiyi, insanların sıx olduğu Nizami küçəsində müşahidələr aparıb. Kadrlardan da göründüyü kimi, həm sakinlər, həm də sahibkarlar qoyulan tələbə ciddi şəkildə riayət edir.

Qeyd edək ki, Operativ Qərargahdan verilən məlumata görə, restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilib. Bununla yanaşı, Azərbaycanda saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti də dayandırılıb.

[media=//baku.tv/az/watch/15723/]

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.