Yenilik.Az
ww.Aydinliq.Az » Ölkə » Paytaxtda maraqlı addım - Bu marketlərdə hamı spirtlənir

Paytaxtda maraqlı addım - Bu marketlərdə hamı spirtlənir

Paytaxtda maraqlı addım - Bu marketlərdə hamı spirtlənir
2020-03-14 , 16:37

Koronavirus infeksiyası ilə bağlı ölkədə elan edilmiş xüsusi rejimlə əlaqədar super marketlər də müəyyən tədbirlərə başlayıb.


Medicina.az axar.az-a istinadən xəbər verir ki, bu kimi addımlar ilk olaraq “Bravo”, “Araz” və OBA marketlər şəbəkələrində başladılıb.

Belə ki, super marketlərin giriş-çıxışında alıcıların əllərini dezinfeksiya etmək məqsədilə xüsusi əməkdaşlar dayanıb. Marketə girən və çıxan hər kəsin əllərinə spirt vurulur, ərzaq səbətlərinin tutacaqları spirtlə dezinfeksiya edilir.

Market əməkdaşlarının əksəriyyəti də təmizlik məqsədilə əlcəklə xidmət göstərir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.