Yenilik.Az
ww.Aydinliq.Az » Ölkə » Bakıda koronavirus həyəcanı - apteklərdə qiymətlər artdı - VİDEO

Bakıda koronavirus həyəcanı - apteklərdə qiymətlər artdı - VİDEO

Bakıda koronavirus həyəcanı - apteklərdə qiymətlər artdı - VİDEO
2020-02-25 , 15:17

Apteklərdə tibbi maskaların qıtlığı yaranıb.




Buta.ws Xezerxeber.az-a istinadla xəbər verir ki, virusdan qorunmaq üçün maskalara üstünlük verənlərin sayının birdən-birə artması apteklərdə maska qıtlığı yaradıb. Bunu əczaçıların özləri də təsdiqləyir.



Hətta masklara bu qədər tələbatın olması onun qiymətindən də yan keçməyib. Maska ilə bərabər spirtlərin də qiymətləri dəyişib.



Əczaçılar bildirirlər ki, tələbatın artmasına görə depolarda masklara limit tətbiq edilib. Bir nəfərə 1-2 ədəddən artıq maska satılmır.



Bənzər mənzərə rayonlarda da müşahidə edilir. Məsələn, Lənkəran sakinləri də maska tapmaqda çətinlik çəkdiklərini bildirirlər.



Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirdilər ki, apteklər özəl sektordur və onlara nəzarət Nazirlik tərəfindən edilmir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.