Mübariz Mənsimovun «aktyorluğu»…

Mübariz Mənsimovun «aktyorluğu»…
Tarix : Oxunma : Yorum Yaz

Son günlər ölkə ictimaiyyətini bir dələduz məşğul edir. Bir neçə gün öncə internet televiziya kanallarından birinə danışan “iş adamı” Mübariz Mənsimov yenə də məmurları hədəf alıb. Əlbəttə ki, adı çəkilən məmurlar günahsız deyil, o insanlar məhz büdcənin talanmasında xüsusi iştirakları olub. Bunlar bildiyimiz məsələlərdir. Xalq bu məmurları çox gözəl tanıyır, Mübariz bəy. Burada əsas məsələ məzlum rolunu oynayan, özünü xalqa «yaxşı» adam kimi göstərməyə çalışan Mübariz Mənsimovdur.

Bəs əslində Mübariz Mənsimov kimdir?

Hər zaman çıxışlarında “türkçülükdən” danışan, «xeyriyyəçi» olaraq özünü xalqa sırımaq istəyən Mübariz Mənsimovun günahları azdırmı? Məgər tələbələrə «burs verirəm» deyib 2 ay sonra ödəmələri etməyən başqasıdırmı?

Hər zaman «hörmətli» Mənsimov günahı Azərbaycandakı məmurların üzərinə atıb. Deyir guya bu tələbələri kimlərsə öyrədib. Cənab Mənsimov, sənin necə bir dələduz olduğunu hər kəs bilməlidir. Zamanında öz qardaşı Maarif Mənsimov tərəfindən “qəsdən dələduzluq”, “etibardan sui-istifadə etmə” maddələri ilə məhkəməyə verilən sən deyildinmi?!

«Mən ermənilərlə iş görmərəm, görən də şərəfsizdir!» deyən və bundan sonra  ermənilərlə bərabər ortaq iş quran məhz sənsən.

Həbsdən çıxmısan, yolun açıq olsun, amma bu xalqı aldatmağı ağlına gətirmə…

Pravda.az

İlk yorumu siz yazın