Rəmişin vida mərasiminə onunla küsülü olan MƏŞHUR GƏLDİ - FOTO

Rəmişin vida mərasiminə onunla küsülü olan MƏŞHUR GƏLDİ - FOTO Gitara ifaçısı Rəhman Məmmədli mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) vida mərasiminə qatılıb.
Vida mərasimində Lent.az-a açıqlama verən R.Məmmədli deyib:

"Azərbaycanda gitaranın dirçəlməsinin bir nömrəli sənətkarı Rəmiş Hüseynovdur. Bu gün hamımız onun vida mərasiminə toplaşmışıq. Rəmiş həqiqətən də Azərbaycan incəsənəti üçün böyük bir itkidir. Azərbaycanda əlinə gitara tutan hər kəs ona borcludur. Rəmiş olmasaydı, gitara sənəti bu qədər sevilməzdi. Rəmişlə telefonla əlaqə saxlayırdıq. Allahdan bir arzum var ki, onun günahlarını bağışlasın! Çünki heç birimiz günahsız deyilik. Yeri cənnət olar inşallah. Rəmişlə münasibətimiz haqqında vida mərasimində danışmaq istəmirəm. İnciməyin... Mən kiçik olaraq böyüklüyümü yerinə yetirdim".
Qeyd edək ki, Rəmişlə R.Məmmədli uzun illər küsülü olub.

Geri qayıt