Yenilik.Az
www.Aydinliq.Az » Mədəniyyət » Şəhriyar Musayev:"4500 dollar dəyərində kamança aləti qazanmışam"

Şəhriyar Musayev:"4500 dollar dəyərində kamança aləti qazanmışam"

Şəhriyar Musayev:"4500 dollar dəyərində kamança aləti qazanmışam"
2020-12-20 , 00:10

M. Salam Şəhriyar bəy.Necəsiniz?
Ş. Təşəkkür edirəm.siz yaxşı olun.

M. Şəhriyar bəy ilk olaraq oxucularımız üçün sizi yaxından tanıyaq və niyə məhz kamança aləti?Sizi bu alətə nə bağladı?
Ş. İlk öncə bu maraqlı olacaq müsahibə üçün sizə təşəkkürüm edirəm.Mən Şəhriyar Musayev Vahid oğlu1988-ci ildə noyabr ayının 2ində Sumqayıt şəhərində anadan olmuşam.Ümumiyyətlə mən kamança alətini sevmiyərəkdən gəlmişəm.Belə deyək bu alətə bağlılıq məndə sonradan yaranıb.Bilməyənlər üçün onu da qeyd etmək istərdim ki, mənim anam da kamança müəlliməsi olduğu üçün məhz onun arzusu olub onun sənətini davam etdirim.Musiqi məktəbində ilk müəlliməm elə anam olub, daha sonra oranı bitirdikdən sonra təhsilimi indiki Sumqayıt Musiqi Kollecində o zamanlar texnikom idi orda davam etdirdim.Müəllimlərim Sevil Məlikova və Azər Hacıbalayev olub.Ondan sonra hərbi xidmətə yollandım.Gəldikdən sonra sənədlərimi Azərbaycan Milli Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsinin Kamança ixtisasına verdim və əsas bu alətə sevgi məhz bu illərdən,Konservatoriyada oxuduğum illərdən başladı.Mən əsas bir məqamı da qeyd etmək istəyirəm ki, mənim bu gunə qədər təhsil aldığım müəllimlərimin müəllimi Respublikamızın Xalq Artisti Professor Şəfiqə Xanım Eyvazova olub.Bakalavrda təhsil aldığım dönəmlərdə də onun qızı Mehri Əsədullayevadan,yenə onun tələbəsi olan Xalq Artistimiz Munis Şərifovdan və nəhayət magistr pilləsində Şəfiqə xanımın özündən dərs almaq mənə də nəsib oldu.Yəni bir sözlə desək bu insanlar mənə kamança alətinin sirrlərini öyrətdilər.Ailəliyəm 2 oğul övladım var.
M. Allah saxlasın.Şəhriyar vurğuladın ki, Kamança alətini sevmiyərəkdən gəlmisən bəs necə oldu bu istək sonradan dəyişdi?
Ş. 2012 –ci il hardasa noyabr ayları olardı.Konservatoriyada 2-ci kursda təhsil alırdım.Eşitdim ki, Heydər Eliyev Fondunun təşəbbüsü ilə İnstrumental ifaçılıq üzrə Respublika və Beynəlxalq Muğam Festivalının sənəd qəbulu başlayıb.Məndə sənədlərimi toplayıb verdim.Və məhz bu festivaldan sonra mənim həyatım dəyişdi.Respublikanın Əməkdar Artisti Malik Mansurovun rəhbərliyi ilə ansambl heyyətinin müşaiəti ilə mən Respublika və Beynəlxalq Muğam festivalının 3-cüsü olaraq Laureat adını qazandım.Və mənim qastrol səfərlərim, konsertlərim, bütün uğur və nəaliyyətlərim  məhz bu festivaldan sonra başladı.
M. Şəhriyar elə qastrol səfərlərindən söz açmışkən hansı ölkələrdə   milli alətimizi təbliğ etmisən?
Ş. Bir çox ölkələrdə olmuşam Amerika Birləşmiş Ştatlarında Nyu Yorka, Vaşinqtonda ,Braziliyada Sao Pauloda, Yaponiyada,Avropa ölkələrində Almaniya,Macarstan,Serbiya,Bosnia,Belgrad,Avstriya,Xorvatiya,MDB ölkələrindən Moskva,Kazakstan,Kırğızıstan,Tatarstan,Gürcüstan, İran,Türkiyə yadıma düşənləri dedim.
M. Əhsən Şəhriyar az ölkələrdə olmamısan.Hətda Braziliyada da olmusan.Ümumiyyətlə orda tamaşaçının bizim milli alətimizə qarşı reaksiyaları necə oldu?
Ş. Adətən bizim alət Etnik alət olduğu üçün bu maraq Avropada da belədir.Çox maraqla qarşılayırdılar.Birdəki Kamança aləti axı insan səsinə yaxın olduğu üçün onlar sanki bu alətin bizim vasitəmizlə onlarla danışdıqlarını da mənə demişdirlər.
M. Şəhriyar istərdim hər sahənin özünün problemləri olduğu kimi sizin də sahədə olan problemlərdən danışaq?
Ş. İnanın səmimiyyətimə saatlarla danışaram bu problemlərdən.Nə deyim? Bilirsiz bizim ən öndə olan problemimiz Televiziyanın biz gənc instrumental ifaçılara qarşı etdikləri diqqətsizlikdir.Hansı kanalı açırsan nə maarifləndirici veriliş var, nə bir konsert proqramı var, nə bir istrumental ifalara yer ayırırlar.Yalnız reytinq naminə işləyirlər.Təbii ki hamsına şamil etmirəm.Günün müğənnisi kimdi onu gətirib yuxarı başda otuzdurub musiqidən danışdırırlar,halbuki heç musiqi savadları belə yoxdur.Daha sonra müəyyən dövlət qurumları var ki,onların təşkil etdiyi dövlət tədbirlərində belə tək tar ifaçıları, tək xanəndə ifaçıları öz musiqi nömrələrini ya simfonik orkestrla ya ansamblarla nümayiş etdirirlər, amma o tədbirlərdə bir dənə də olsun Kamança ifaçısı dəvət etmirlər.Qəribədir.Bu alət də Tar aləti kimi bizim Milli dəyərimizdir.Niyə ayrı seçkilik edirlər?Sadalamaqla bitməz.
M. Tamamilə haqlısız bu mövzuda.Şəhriyar bəy eşitdiyimə görə bir çox beynəlxalq lahiyələr müəllifisiz.Hətda bu yaxınlarda KamanTV adlı yeni bir lahiyə də hazır etmisiz.Biraz bunlardan danışaq.
Ş.Bəli KamanTV lahiyyəsini məhz bu problemləri görə görə gəldiyim üçün məhz diqqətdən kənarda qaldığımız üçün bu lahiyəyə başladım.Operatorluğu, montajı, sualların tərtibi hamsını özüm edirəm.
M. Hətda montajı?
Ş. Bəli insan məxluqu hər şeyə qadirdir.Yetər ki, istəmək, cəhd etmək və nail olmaq lazımdır.Mən Beynəlxalq Lahiyələr haqqında da onu qeyd etmək istərdim ki, bu lahiyyənin adı TÜRKCAN dır.Yəni bütün Turan ölkələrinin ifaçılarını, musiqiçilərini bir araya gətirərək bizim özümüzə aid olan milli musiqi nömrələrini ifa edirik.Təbii ki, lahiyyənin müəllifi mən yox bizim hər kəsin tanıdığı aranjimançı bəstəkar və müğənni Rübail Əzimovdur.Ən önəmli məqam bizim lahiyyəmizdə hər zaman gənclərə dəstək olan bizim dünya şöhrətli muğam ifaçımız Respublikanın Xalq Artisti Alim Qasımovla bərabər həm qızı Fərqanə xanım və bir çox istedadlı gənclərimiz də yer alıb.Bu mənim yaradıcılığımda gördüyümüz deyərdim ən möhtəşəm və tarixlərdə yaşayacaq bir lahiyyələrdən biridir.Artıq 4 ilə yaxındır ki, 3 lahiyyə ərsəyə gətirmişik.Mən sadəcə kordinasiya işlərini görürəm.Birdə uğurlarımın sırasına istərdim 2önəmli amili də qeyd edim ki, 2019-cu ildə Tehranda “Xatirədir” adlı albomum işıq üzü görüb və bu ilin yay aylarında pandemiya ilə əlaqədar olaraq Türkiyədə “Aler” kamança şirkətinin təsisçisi Arslan Hazretinin təşkil etdiyi   səhv etmirəmsə 13 münsif heyyətinin rəhbərliyi ilə “Online Kamancheh Festival”ında 200dən artıq kamança ifaçılarının içərisində qalib olaraq “4500” dollar dəyərində olan Kamança aləti qazanmışam.
M.Təbrik edirəm Şəhriyar həqiqətən də Kamança sənəti ücün az nəaliyyət deyil.
M.Şəhriyar sonda bir sual da verib müsahibəmizi yekunlaşdırmaq istəyirəm.Bu gün Şəhriyarın gözü ilə baxsaq Kamançanın gələcəyini necə görmək istəyir?
Ş. Mən əvvəla sizə bu diqqət üçün dərin təşəkkürümü bildirirəm.Kamançanı daima diqqətdə görmək istəyirəm.İnanın mən heç bir dövlət qurumunun dəstəyi olmadan bu qədər ölkələri gəzib konsertlər vermişəm və bu diqqətsizlik məni heç bir zaman sındırmayıb,əksinə mənə motivasiya verib, həmişə iradəli olmağa çalışmışam.İnanın 5 ilə yaxın Azərbaycan Milli Konservatoriyasında Konsertmeystr vəzifəsində çalışmışam.Son illərdə hətda oranın rəhbərliyi də məni qastrol səfərlərinə getməyimə mane olmağa çalışmışdır.Yəni istedad axar çaydır onun önünə   nə qədər bənd töksələrdə o yenə bəndi dəlib keçəcək.Mən bu gün gördüyüm işlərdən motivasiya alıram.Onlar mənə enerji verir.Ümid edirəm ki, bu alətə edilən haqsızlıq diqqətsizlik zamanla aradan qalxacaq.Və sonda yetişən gənc kamança ifaçılarına da  bir tövsiyyəm var ki, iradəli,səbrli olun cünki mən iradəmin, səbrimin hesabına bu uğurlara imza atmışam.
M. Çox sağol Şəhriyar.Ümid edək ki, bütün sadaladığın problemlər yaxın zaman kəsiyində öz həllini tapar.
Ş.Ümid edək.


#şəhriyarmusayev #şəhriyar musayev #kamantv

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.