Yenilik.Az
www.Aydinliq.Az » Mədəniyyət » “10-a yaxın həkim dəyişdim“ - Şeyxin səhhəti necədir?

“10-a yaxın həkim dəyişdim“ - Şeyxin səhhəti necədir?

“10-a yaxın həkim dəyişdim“ - Şeyxin səhhəti necədir?
2020-09-04 , 14:15

Bir müddət öncə tanınmış rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problem yaranıb.

Yenisabah.az xəbər verir ki, aktyor mədə-bağırsaqla yanaşı bronxlarından da müalicə olunur.
“Sherg.az” Şeyxin son sağlıq durumunu öyrənmək üçün onunla əlaqə saxlayıb. O, müalicəsinin Heydər Əliyev Fondunun ciddi nəzarəti altında davam etdiyini bildirib:
“Sağ olsunlar, hörmətli Mehriban xanım Əliyeva və Anar Ələkbərov diqqətdə saxlayırlar. Müraciət edən kimi təcili baxdılar. Hətta mənə vasitəçi də təyin ediblər. O da Afət xanımdır, məsuliyyətlə qayğıma qalır.
Sözsüz ki, tapşırıq Mehriban xanımdan, Anar müəllimdən gəlir. Afət xanım da müalicəmlə məşğuldur. Üç ay ərzində ancaq analizlər verirdim.
Xəstəliyin səbəbini axtarırdıq. Hərə bir söz deyirdi. 10-a yaxın həkim dəyişdim. Bir neçə klinikada analizlər verdim. Hazırda həkimlərim Diaqnoz Mərkəzində Rafael müəllim və nervopatoloq Gülağa Gözəlovdur.
Müalicəmə başlanılıb. Görək nəticəsi necə olacaq. Göstərdikləri xüsusi qayğıya görə Heydər Əliyev Fonduna təşəkkür edirəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.