Yenilik.Az
ww.Aydinliq.Az » Mədəniyyət » “Dostbazlıq, qohumbazlıq, yerlibazlıq…” - Aktyorlar narazıdırlar

“Dostbazlıq, qohumbazlıq, yerlibazlıq…” - Aktyorlar narazıdırlar

“Dostbazlıq, qohumbazlıq, yerlibazlıq…” - Aktyorlar narazıdırlar
2020-03-10 , 14:13

Martın 10-u Azərbaycanda Milli Teatr Günü kimi qeyd edilir. Arxada qalan 147 il teatrımız üçün şərəfli, qürurlu tarixdir. Sözsüz ki, milli teatrımız üçün xarakterik olan problemlər tam həllini tapmayıb.Sənət adamları Azərbaycan teatrının indiki durumunu necə qiymətləndirirlər?


Məsələ ilə bağlı Əməkdar artist İlqar Cahangirlə əlaqə saxladıq. Yenisabah.az-a danışan aktyor teatrda islahatlara ehtiyacın olduğunu dedi: “Teatrın bugünkü vəziyyətinin məni qane edib-etməməsi ilə nə isə dəyişir ki? Bu gün Azərbaycanın səhiyyəsi, mədəniyyəti, təhsili hansı gündədirsə, teatr da o gündədir. Teatr da, digər sahələrdə də islahatlara ehtiyac var”.

Aktyor sovet dövründən qalma yerlibazlıq, qohumbazlıq kimi mənfi halların teatrlarda hələ də davam etdiyini bildirdi: “Hazırda hansısa layihə üzərində işləmirəm. Hələlik təkliflər yoxdur. Ancaq dərs deməklə məşğulam. 5-6 tələbəm var, onların üzərində işləyirəm. Gələcək üçün aktyor yetişdirirəm”.

Əməkdar artist Münəvvər Əliyeva da teatrın durumunun onu qane etmədiyini vurğuladı: “Təbii ki, Azərbaycan teatrının indiki vəziyyət məni qane etmir. Bu haqda ətraflı danışa bilməyəcəm, çünki hazırda bütün teatrlar bağlanıb, bu da yaxşı hal deyil. İş yerləri bağlanıb, nə vaxt açılacağı da bilinmir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.