Yenilik.Az
ww.Aydinliq.Az » Mədəniyyət » “Heyvanat aləminə baxıram, amma bu heyvanlara yox...” - Xalq artistindən sərt tənqid

“Heyvanat aləminə baxıram, amma bu heyvanlara yox...” - Xalq artistindən sərt tənqid

“Heyvanat aləminə baxıram, amma bu heyvanlara yox...” - Xalq artistindən sərt tənqid
2020-03-09 , 19:02

“Özəl telekanalın rəhbəri deyir ki, kanal mənimdir, istədiyini də edir, özü bilər”.Bunu moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O, özəl telekanallarımızda yaradılan Bədii Şuraların əslində heç bir iş görmədiyinin həqiqət olduğunu deyib:


“Bədii Şuralar özəl telekanallarda heç nə edə bilməz, çünki oranın yiyəsi var və o, da deyir ki, mən nə istəyirəm, onu da edirəm. Bunlar dövlət televiziyasında fəaliyyət göstərir və nəticələr də göz qabağındadır. Özəl telekanalın rəhbəri deyir ki, kanal mənimdir, istədiyini də edir, özü bilər”.

Xalq artisti bizim bir neçə telekanallarımızı izləmədiyini və bunun insan səhhətinə zərərli olduğunu bildirib:

“Ümumiyyətlə, bizim telekanallara baxmıram. Həkim mənə deyib ki, sağlamlığının qaydına qalmaq istəyirsənsə, Azərbaycan telekanallarına baxma. Bizim özəl kanallardakı verilişlər adamı xəstəliyə salır. Əsasən köhnə rus filmlərinə, öz filmlərimizə, futbola və heyvanat aləminə baxıram. Bir sözlə, heyvanat aləminə baxıram, amma bu heyvanlara yox”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.