"Atamın dəfninə çatmadım" - Xalq artisti ağladı - VİDEO

"Atamın dəfninə çatmadım" - Xalq artisti ağladı - VİDEO "Atam mənə dəstək olan yeganə və ilk insan idi. O, mənim uğuruma dəlicəsinə inanırdı. Amma onu görmədi. Ölümündən sonra mənə dedilər ki, onun səsimin yazıldığı diktofonu var idi. Onu dostlarına qulaq asmağa verirdi, amma mənə heç nə deməmişdi. Mən heç nə bilmirdim, sadəcə onlara İtaliyada hansısa dərsdə oxuduğum kaseti göndərmişdim".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Yusif Eyvazov Rusiyanın NTV telekanalının reytinqli layihələrindən olan "Sekret na million"da qonaq olarkən deyib. Opera ifaçısı atasının onla bağlı arzularından danışarkən göz yaşlarını saxlaya bilməyib.
Yusif bildirib ki, atasının dəfninə belə gəlib çata bilməyib:
"Atama çox şey deyə bilmədim. Onunla danışa bilmədiyimə görə təssüf hissi keçirirəm. Ölümündən iki gün əvvəl onunla telefonla söhbət etdik. Hər şeyin yaxşı olduğunu dedi və xahiş etdi ki, gəlməyim. Bildirdi ki, xəstəxanada olmaq ona əzab verir, lakin hər şey yaxşı olacaq. Atam böyrək çatışmazlığından əziyyət çəkirdi. Onun dəfninə çatmadım, bir müddət sonra gəldim. Fiziki olaraq vaxtım yox idi: yay idi, iyul ayı, saxlamaq olmazdı, dərhal dəfn edilməliydi".

Geri qayıt