“Qadınlar bir çox kişidən daha qeyrətlidir“ - Nura Suri

“Qadınlar bir çox kişidən daha qeyrətlidir“ - Nura Suri “Qadınların çoxu bir çox kişidən daha qeyrətli və mərddir".
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.
İfaçı zəmanədən gileylənib:

"Çox qəribə bir zamanda yaşayırıq. Çoxu xeyirxahlığı (əgər belə demək olarsa) yalnız göstəriş üçün edir. Üzə tərif, arxada qeybət edirlər. Söz verib etməmək dəb halını alıb. Artıq bəh-bəhlə, təm-təraqla toy edib, 1 il sonra boşanmaq da normal hal alıb. Sevgi, vicdan, insaf, mərdlik dəbdən düşüb. Düşük, yalançı, yaltaq insanların vaxtıdır indi. Qadınların çoxu bir çox kişidən daha qeyrətli və mərddir".

Geri qayıt