Kamildən qınaq dolu sözlər: “Sizin yerinizə utandım“

Kamildən qınaq dolu sözlər: “Sizin yerinizə utandım“ ​​​​Birinci Qarabağ Müharibəsi qazisi Elnur Əfəndiyevin adı ətrafında yaranmış ajiotaj davam edir.

Yenisabah.az xəbər verir ki, tanınmış idmançı Kamil Zeynallı da məsələyə münasibət bildirib. Kamil videomüraciətində belə deyib: 
“Bəzi saytlar əlil bir insanla mübarizə aparırlar. Elnur yalançı imiş, hamını aldadırmış, qazi deyilmiş... Ay bədbəxtlər, siz necə insansınız? İki əli olmayan, iki ayağını itirən, övladları ola-ola onları qucaqlaya bilməyən, bizim kimi yaşaya bilməyən bir insanla mübarizə aparırsınız. Elnur bizim vətəndaşımızdır. Bir müddət əvvəl əlil olan həyat yoldaşını xanımının qucağına alıb gəzdirdiyi video paylaşıldı, hamı onu təqdir etdi. Deyim biləsiniz, sizin üzünüzdən həmin xanım əsəb və stressdən bu gün süddən kəsilib. Ayıb olsun sizə! Əli-qolu olmayan bir insanla mübarizə aparırsınız. Vallah, sizin yerinizə utandım. O qazi olmasa da qazilərin çəkdiyini çəkib, əmin olun. Kimlər ki, onu qınayır Elnurun vəziyyəti başlarına gəlsin. Utanın!”. 

Geri qayıt