“Hər cümlədə qəhər boğur məni, hər sətirdə gözüm dolur...” - Xatun

“Hər cümlədə qəhər boğur məni, hər sətirdə gözüm dolur...” - Xatun Müğənni Xatun Əliyeva qardaşı stilist Balaşın ölümündən sonra ilk dəfə mahnı yazdırıb.

Yenisabah.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb: "O qədər çətindir oxumaq... Hər cümlədə qəhər boğur məni, hər sətirdə gözüm dolur. Hər kəlmədə xatirələr. Səsim də, sənətim də, uğurlarım da onun arzuları idi. Balaş mənimlə bağlı o qədər gözəl arzular qururdu ki... Allahın izni ilə onun bütün arzularını həyata keçirəcəm. Bu çarəsiz günlərimdə mənim yanımda olan, məni ruhlandıran, dəstək olan sadiq dostlarıma təşəkkür edirəm".
Xatun "Acı" adlı yeni mahnı üzərində işlədiyini də söyləyib və sənətə qayıtmağa hazırlaşdığını bildirib.

Geri qayıt