DİN: Rəşad Dağlı, Mehman Əhmədli, Ağamirzə və başqa meyxanaçılar həbs edilə bilər - VİDEO

DİN: Rəşad Dağlı, Mehman Əhmədli, Ağamirzə və başqa meyxanaçılar həbs edilə bilər - VİDEO Pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu əsas qadağalardan biri də insanların kütləvi şəkildə toplaşması, hər hansı bir məclislərin keçirilməsidir.

Bu qaydalara riayət etməyənlərin sırasında məşhur meyxanaçılar da var. 
Belə ki, Rəşad Dağlı, Balaəli Maştağalı, Mehman Əhmədli, Ağamirzə, Ruslan Müşfiqabad və digər meyxana ifaçıları bir məkana toplaşaraq, 20-30 nəfərin iştirakı ilə iftar məclisləri keçirirlər. Həmin məclisdən olan fotoları "İnstagram"da paylaşırlar.
Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev sərt karantin rejimini pozan meyxanaçılar barədə tədbir görüləcəyini deyib:
“Sərt karantin rejimi ilə əlaqədar məqsədindən asılı olmayaraq bütün kütləvi toplaşmalar qadağan edilib. Pandemiya dövründə sosial məsafəni pozmaq risk yaradan vacib əməllərdəndir. Aşkarlanan yeni görüntülər ilə bağlı müvafiq tədbirlər görüləcək. Qaydaları pozan şəxslər barədə inzibati işlər aparılacaq”.
Geri qayıt