"Sabah mən öləndə də deyəcəksiniz yaxşı oğlan idi" - Nadir Qafarzadə - VİDEO

"Sabah mən öləndə də deyəcəksiniz yaxşı oğlan idi" - Nadir Qafarzadə - VİDEO Müğənni Nadir Qafarzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Nadir "İnstagram" hesabında yeni video paylaşıb. Videoda o, Aslan Hüseynovun vəfatından danışıb və izləyicilərinə səslənib:
"Allah rəhmət eləsin Aslana. Bilirsiz bu nə deməkdir, əziz xalqımız? Ölüm qaşla göz arasındadır. Ona görə mehriban olmaq yetərlidir. Gəlin, bir-birimizi az pisləyək, az söyək. Qurtaraq bu söhbətləri.Sağlığında qiymət verək insanlara. Rəhmətə gedən insan sağ olanda da yaxşı idi. Bir-birimizi itirəndən sonra deməyək yaxşı oğlan idi. Sağlığında yaxşı oğlanın qədrini bilmək lazımdır. İçi mən qarışıq. Gəlin bir-birimizi parçalamayaq, didməyək. Mən sizə bir dost kimi məsləhət verirəm. Sonradan təəssüflənməyək. Aslan Allah sənə rəhmət eləsin. Bir həftənin içində ananı itirdin. Cənnətdə ananla görüş. Yenə bu videodan sonra paylaşıb, məni çoxları tənqid və təhqir edəcəksiniz. Sabah mən də öləndən sonra deyəcəksiniz ki, yaxşı oğlan idi. İndidən deyin ki, yaxşı oğlandır. Bir ilin içində çox çətinliklər gördük".

Geri qayıt