Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » “Xan kimi yaşayıram” - Yusif Mustafayev

“Xan kimi yaşayıram” - Yusif Mustafayev

“Xan kimi yaşayıram” - Yusif Mustafayev
2021-09-17 , 15:44

Son günlər əməkdar artist Yusif Mustafayevin “260 manat pensiya alıram, buna da şükür” açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənninin durumundan gileyləndiyini düşünüb onu tənqid ediblər.


Yenisabah.az xəbər verir ki, məsələyə aydınlıq gətirən Yusif Mustafayev sherg.az-a açıqlamasında qeyd edib ki, həmin fikri maddi durumuna görə söyləməyib:

“Qabaqda gedirsən bic deyirlər, arxada gedirsən gic. Çox şükür əməkdar artist təqaüdü ilə birgə ümumillikdə 260 manat alıram. Soruşdular ki, maddi sıxıntılarınız varmı? Dedim, allah  dövlətimizi var eləsin, yaxşı  dolanıram. İndi Məhərrəmlik ayıdır, hara toya gedim?  Nə vaxt çağırsalar, məclislərdə iştirak edirik. Hazırda xan kimi yaşayıram, sənətkarı el dolandırar. Xalqımız var olsun. Bu günə qədər dilimə yiyə duran insan olmuşam, “risofka”lıq etməmişəm ki, beləyəm, elədir. Olmaz! Çünki məni xalq Yusif Mustafayev edib, bir tikə çörəyimi eldən qazanmışam. Ona görə ədəbazlıq etmərəm.  Xalqın pulu ilə maşın almışam, özümü göstərib, evimi, avtomobilimi nümayiş etdirə bilmərəm. O vaxt Zaur Kamal gəldi evimi, maşınımı çəkdi. Onları xalqa “Əməkdar artistin gizlətdiyi villası” başlığı ilə təqdim etdi. Söylədim ki, belə etmə, axı mənə bu evi millətim tikib”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.