Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » “Eyyub Yaqubov mənim “zaryadka“mdır“

“Eyyub Yaqubov mənim “zaryadka“mdır“

“Eyyub Yaqubov mənim “zaryadka“mdır“
2021-09-14 , 09:13

Xalq artisti Brilliant Dadaşova həmkarı Eyyub Yaqubovla bağlı etiraf edib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında müğənni Zamiq Hüseynovun doğum gününü təbrik edən Xalq artisti Zamiqin hər zaman ondan bəhrələndiyini deyib:
“Zamiq kimi bir çoxları mən oxuyanda mikrofonun səs aparatının telefonlarını qoyub səsimi yazırdılar. Onlar səsimdən bir çox şeylər öyrənməyə çalışırdılar. Öyrənsələr də bir çoxları bunu dandı. Amma Zamiq bunu hər zaman deyir və etiraf edir”.
Brilliant Dadaşova özünün də Eyyub Yaqubovdan bəhrələndiyini deyib:
“Mən də onun kimiyəm. Məsələn, Eyyub Yaqubov mənim "zaryad"kamdır, şarj aparatımdır. Onun ifalarına çox qulaq asıram. Mahnıları ruhumu qidalandırır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.