Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » “Məhərrəmlikdə toya çağırsalar gedərəm” – Nadir Qafarzadə

“Məhərrəmlikdə toya çağırsalar gedərəm” – Nadir Qafarzadə

“Məhərrəmlikdə toya çağırsalar gedərəm” – Nadir Qafarzadə
2021-07-29 , 21:37

“Türkiyədə, Ərəbistanda toylar olur, onlar müsəlman deyil ki?”

Son günlərdə müzakirə mövzularından biri qarşıdan gələn Məhərrəm ayından toy məclislərinin davam etməsi, dayanmamasıdır. Cəmiyyət arasında bu məsələdə fikirlər birmənalı deyil.
Bəziləri hesab edir ki, illərdir təkrar edilən adətə uymaq, bu günlərdə toy məclislərini dayandırmaq lazımdır. Digər bir qisim isə əksinə, toyların davam etməsini, dində belə qadağanın olmadığını bildirirlər.
Minval.info saytı bu məsələdə müğənnilərin fikrini öyrənməyə çalışıb. Saytımıza danışan müğənnilərin böyük hissəsi toyların dayanmasını istəməyib.

Nadir Qafarzadə də məhərrəm ayında toy etmənin tərəfdarıdır.
Məhərrəm ayında toy olsa gedərsinizmi – sualına cavab olaraq N.Qafarzadə bildirdi ki:
“Əlbəttə gedərəm. Danışanlar hamısı danışır. 3 gün danışıb susacaqlar. Türkiyədə, Ərəbistanda toylar olur. Onlar müsəlman deyil ki? Hətta lazım olsa oğluma da toy, nişan edə bilərəm. Məni toya çağırsalar Məhərrəmlik ayında gedərəm. Yəni belə baxsaq, bizim təqvimimiz başdan ayağa qaradır. Düzdürmü? Müharibələr, 90 – lardan bu yana kimi 20 Yanvar, Xocalı faciəsi, hansısa ağır aylar, guya may ayı ağırdır, Məhərrəm ayı… Belə baxsaq bütün tarix boyu şənlənməyək də… Həyat davam edir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.