Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » "Yuvamı yıxdılar, oğlumu atasız qoydular" - Damla keçmiş ərindən DANIŞDI

"Yuvamı yıxdılar, oğlumu atasız qoydular" - Damla keçmiş ərindən DANIŞDI

"Yuvamı yıxdılar, oğlumu atasız qoydular" - Damla keçmiş ərindən DANIŞDI
2021-06-15 , 11:30

"Çox az müddət ailəli qaldım. Bu evliliyə görə peşman deyiləm. Çünki yaşama səbəbim oğlum var. Yaşandı, bitdi. İndi arada hörmət var. Mən yox, övladım atası ilə görüşür".


Bu sözləri müğənni Damla stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib. İfaçı keçmiş həyat yoldaşından ayrılma səbəbini açıqlayıb. O bildirib ki, əri başqası ilə ailəli ola-ola onunla evlənib:
"Keçmiş həyat yoldaşım məni 17 yaşımda qaçırıb. İndi ailəlidir, övladı var. Allah xoşbəxt etsin, evliliyi daimi olsun. Xəyanət haqda danışmaq istəmirəm. Evləndikdən sonra xaricə getdik. Onun orada başqa ailəsi var idi, buna görə də evlilik bitdi. Yuvamı yıxdılar, oğlumu atasız qoydular. Ona görə də heç bir qadına onu yaşatmaram. Heç bir insanın həyatı və duyğuları ilə oynamaq olmaz"./Axşam.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.