Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » "Nişanlıma acıq vermək üçün bu sənətə gəlmişəm" - VİDEO

"Nişanlıma acıq vermək üçün bu sənətə gəlmişəm" - VİDEO

"Nişanlıma acıq vermək üçün bu sənətə gəlmişəm" - VİDEO
2021-06-11 , 17:27

Aktrisa Pərvin Abıyeva Baku TV - müsahibə verib.

BiG.AZ xəbər verir ki, müsahibə zamanı aktrisa bəzi açıqlamaları ilə diqqət çəkib. O, bildirib ki, 16 yaşında ikən nişanlanıb, ondan ayrılandan sonra isə onun acığına bu sənətə gəlib:
"Mən bu sənətdə arzularıma çatmışam. Çünki mən Aygün Kazımovanın fanatı olmuşam. Əvvəl müğənni olmaq istəyirdim. 16 yaşım olanda bu həvəs məndə öldü. Həmin dövrdə nişanlandım. Sonra ayrılıq oldu. Sırf acığa, onun acığına bu sənətə gəldim. Nəyə yox deyirdi onu elədim. Yaxşı ki o insanla evlənmədim. O vaxtlar uşaq idim. Ailə himayəsində böyüyürdüm. Oğlan da məndən böyük idi. Əvvəl nişan qaytarmaq istəmirdim. Sonra işləməyə başladım. Əvvəl atam razı deyildi amma anam razı idi".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.