Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » Üçüncü dəfə əməliyyat olunan Ağadadaş Ağayevin son vəziyyəti - FOTO

Üçüncü dəfə əməliyyat olunan Ağadadaş Ağayevin son vəziyyəti - FOTO

Üçüncü dəfə əməliyyat olunan Ağadadaş Ağayevin son vəziyyəti - FOTO
2021-06-09 , 14:20

Uzun müddətdir səhhəti ilə bağlı problemlər yaşayan Xalq artisti Ağadadaş Ağayev üçüncü dəfə ağır əməliyyat keçirib.

BAKU.WS xəbər verir ki, 2 saat davam edən əməliyyatdan sonra sənətçinin vəziyyətinin yaxşı olduğu bildirilib. Bu haqda aparıcı Hacı Nuran Hüseynov “Instagram” hesabında məlumat verib.
O, Xalq artistinin ağır əməliyyatından yazaraq vəziyyətinin yaxşı olduğunu bildirib:
“Qardaşım, dostum Ağadadaş Ağayev əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat 2 saat çəkdi.

Əslində bu, elə də böyük müddət deyil. Amma belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın nə olduğunu, bəlkə də, məndən yaxşı bilən yoxdur.
Ağadadaş Ağayevin əməliyyatdan çıxmasını gözləyən əzizləri, doğmaları, yaxınları, dostları üçün də o 2 saat eləcə uzun çəkdi.
Çox şükür ki, Tanrı dualarımızı eşitdi. Elin sənətkarı üçüncü əməliyyatdan salamat çıxdı. Hazırda səhhəti də qənaətbəxşdir”.
Xatırladaq ki, Xalq artisti Ağadadaş Ağayev xərçəng xəstəliyindən əziyyət çəkir

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.