Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » Müğənnilər arasında qalmaqal böyüyür: “Onu başqası ilə tutmusan?“

Müğənnilər arasında qalmaqal böyüyür: “Onu başqası ilə tutmusan?“

Müğənnilər arasında qalmaqal böyüyür: “Onu başqası ilə tutmusan?“
2021-06-08 , 16:23

Əməkdar artist Cavanşir Məmmədov ölkəmizdə toyların keçirilməsinə icazə verilməsi məsələsinə toxunub.

Yenisabah.az-a danışan sənətçi toyların başlamasının zəruri olduğunu bildirib:
“Məncə, icazə verilməlidir və yəqin ki, brifinq bir də olar. Eşitdiyimə görə, ayın 10-20-si arası bir də brifinq olacaq və toyların keçirilməsinə icazə veriləcək. Arada gedən söz-söhbətlərdən belə eşitmişəm. Həmin brifinqdə hər şey bəlli olacaq. Allah qoysa, toylara icazə veriləcək”.
Müğənni həmkarlarının Rusiyada işləməyə gedən müğənnilərlə bağlı dediyi qalmaqallı sözlərə də münasibət bildirib:
“Rusiyaya gedən müğənniləri qınamağa gərək yoxdur. Hərə özünə cavabdehdir. Hər kəs öz adını daşıyır. Kim özünü  necə aparır, özü bilər, kimə nə dəxli var? Çıxıb demək olmaz ki, o burada elə elədi, belə elədi. Bu düzgün yanaşma deyil, mən bunu qəbul eləmirəm. Kimi tutub sübut ediblər ki? İnsan faktlara əsasən danışmalıdır. Çıxıb deyirlər filankəs getdi belə elədi. Görmüsən?! "Onu başqası ilə tutmusan?" Səndə onun fotosu, videosu, səsyazması varmı? Sənət adamı dünyanın hər yerinə gedə bilər. Kimsə oxuyursa, onu Rusiyaya dəvət edirlərsə, özü bilər. Sən onun fikrini niyə edirsən ki? Elə şeylər var ki adam deyə bilmir…

Filankəs niyə bu rəng geyindi, niyə elə geyindi, bu köynəyi niyə geyindi? Əşşi, filankəs nə edirsə, özü bilər. Edibsə, heç kəs ona heç nə deyə bilməz. Kiməsə gedib deyə bilərsən ki, axşam mütləq bozbaş yeməlisən?! Təbii ki, xeyr. Heç kim heç kimə elə etmə deyə bilməz. Yalnız evinin içindəkinə, ailənə deyə bilərsən. Çıxıb deyirlər filankəs gəldi Moskvada belə etdi. Bəs adını niyə çəkmirsən?! Adını çək də, ortaya fakt qoy. Həmin adam da utana biləcəksə, utansın. Bilməyəcəksə, işinə davam eləsin”.
Qeyd edək ki, müğənni Rəqasanə İsmayılova sosial şəbəkədə bu ittihamları paylaşmışdı:
“Rusiyaya gələn bəzi müğənnilər, xahiş edirəm, toydan sonra gedin evinizdə yatın, başqa yerə getməyin. Allah sizə bir parça çörək verib. Əri, həyatında kimsə olan insan artıq hərəkət etməməlidir. Edirsənsə, o kişi nəyə lazımdır? Pula görə özünüzü hörmətdən salmayın. Gəlmisiz məclis oxuyasınız, başqa hərəkətlər etməyə gəlməmisiniz. Sözüm kimədirsə, götürəcək. Üç-dörd gün əvvəl eşitdiyim sözə görə bunları deyirəm. Əgər yenə eşitsəm, həmin insanların adını açıqlayacam, deyəcəm, yiyələri gəlib onları buradan aparsın!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.